Kreml: “Sülh Şurası”na ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək

Tarix: 22 Jan 2026 12:47

Sülh Şurasına 1 milyard dollarlıq ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılması tələb edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu RusiyaOprezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, bu məbləğ Fələstinin bərpası üçün istifadə olunmalıdır.

O qeyd edib ki, ianənin qanuni olaraq necə rəsmiləşdiriləcəyi "hələ də bəlli deyil". Peskov deyib ki, Sülh Şurasına 1 milyard dollar ianə etməyə hazır olması Rusiyanın dondurulmuş aktivləri geri almaq ümidini itirdiyi anlamına gəlmir. Kreml rəsmisi vurğulayıb ki, Moskva mübarizəni davam etdirəcək və hüquqlarını müdafiə etməyə davam edəcək.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin ölkəsinin dondurulmuş aktivlərdən Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.

Fərid Əkbərov Rusiya ABŞ Sülh Şurası

Xəbər Lenti