Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 14:28
“İranın nüvə silahı əldə etməsinə iki ay qalmışdı və ABŞ hərəkətə keçib nüvə təsisatlarını darmadağın etdi”.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində bildirib.
“İran danışmaq istəyir. Biz danışacağıq”, - Tramp qeyd edib.
ABŞ Prezidenti Livandakı Hizbullah təşkilatı ilə bağlı məsələyə də toxunub.
“Bununla bağlı bir şey etməliyik”, - Tramp vurğulayıb.
Toğrul Quluzadə