Ermənistan hökuməti "Sülh Şurası"nın nizamnaməsini imzalayacağını təsdiqləyib

Tarix: 22 Jan 2026 13:54

Ermənistan hökuməti Sülh Şurasının nizamnaməsini imzalayacağını təsdiqləyib.

APA xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan müvafiq qərar hökumətin rəsmi saytında dərc edilib.

“Ermənistan Respublikası hökuməti “Beynəlxalq müqavilələr haqqında” Qanunun 7-ci maddəsinə əsasən, “Sülh Şurası”nın nizamnaməsinin imzalanması təklifini təsdiqləmək qərarına gəlir”, - qərarda deyilir.

Sənəddə, həmçinin, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyana nizamnamənin imzalanmasını təşkil etmək tapşırılır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qəzzadakı vəziyyət kontekstində Sülh Şurasının yaradıldığını elan edib və Ermənistan, Azərbaycan, Rusiya və Belarus da daxil olmaqla bir sıra dövlətlərin liderlərini “Sülh Şurası”na dəvət edib.

İlqar Xudiyev Qəzza üzrə Sülh Şurası Ermənistan ABŞ

Xəbər Lenti