Rafah sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə açılacaq

Tarix: 22 Jan 2026 14:57

Növbəti həftə Rafah sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə açılacaq.

APA xəbər verir ki, bunu Qəzzanın İdarəçiliyi üzrə Milli Komitənin Baş komissarı Əli Şaat Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində onlayn müraciətində deyib.

Qeyd edək ki, Rafah sərhəd-keçid məntəqəsi Misir və Qəzza zolağı sərhədində yerləşir. Sözügedən sərhəd-keçid məntəqəsi Qəzzaya humanitar yardımın daxil olması üçün mühüm rola malikdir.

Toğrul Quluzadə

Xəbər Lenti