Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 16:00
Qlobal siyasətdə dünya tədricən Türkiyənin uzun illər səsləndirdiyi mövqeyə yaxınlaşır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, hazırda Davosda müzakirə olunan problemlər Türkiyə tərəfindən uzun illər beynəlxalq gündəmə gətirilir:
“Qlobal siyasətlə bağlı illərdir səsləndirdiyimiz tənqidlərin haqlı olduğu bu gün açıq şəkildə görünür. Davosda aparılan müzakirələri inanıram ki, izləyirsiniz. Həqiqətləri cəsarətlə dilə gətirdiyimiz üçün illər boyu bizə demədikləri söz qalmadı. İndi baxırsan ki, bizimlə eyni cümlələri qurur, qlobal sistemin ədalətsizliklərindən danışırlar”, – Türkiyə Prezidenti qeyd edib.
Dəryanur Cəfərova Türkiyə Ərdoğan Davos