Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Tarix: 22 Jan 2026 17:53

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

“Biz Almaniyada casusluq edilməsini qəbul etmirik. Xüsusilə də diplomatik status altında. Biz Rusiya səfirini çağırdıq və ona məlumat verdik ki, Rusiya üçün casusluq edən şəxs ölkədən qovulacaq”, - XİN-dən bildirilib.

Qeyd edək ki, dünən Almaniya və Ukrayna vətəndaşlığı olan qadın Rusiya üçün casusluq ittihamı ilə Almaniyada həbs edilib.

Həbs edilən şəxs Ukraynaya göndərilməsi nəzərdə tutulan dronlar barədə məlumat toplamaqda və Rusiya səfirliyi ilə kəşfiyyat əməkdaşlığında günahlandırılır.

Onun kimliyi açıqlanmayıb.

Toğrul Quluzadə Almaniya Rusiya casusluq səfirlik

Xəbər Lenti