Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 00:23
Aİ “Sülh Şurası”nın mandatı yalnız Qəzza ilə məhdudlaşarsa, təşəbbüsü dəstəkləməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas icma ölkələrinin fövqəladə sammiti ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, “Sülh Şurası”nın səlahiyyətləri BMT çərçivəsində nəzərdə tutulduğu kimi yalnız Qəzza sektorunu əhatə edərsə, Avropa İttifaqı bu təşəbbüsə dəstək verə bilər.
Kallas qeyd edib ki, Aİ üçün əsas şərt təşəbbüsün mandatının aydın və beynəlxalq hüquqa uyğun olmasıdır.