Tramp: Qrenlandiya ilə bağlı razılaşmalar üzərində iş davam edir

Tarix: 23 Jan 2026 00:03

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mümkün razılaşmalar üzərində işlərin davam etdiyini açıqlayıb. APA xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" hesabında yazıb. O, Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını müsbət qiymətləndirərək bildirib ki, hazırda Qrenlandiya ilə bağlı razılaşmalar konsepsiyası üzərində iş aparılır və bu razılaşmalar ABŞ üçün “çox faydalı” olacaq.

ABŞ prezidenti, həmçinin “Sülh Şurası”na toxunaraq, dünyanın indiyədək buna bənzər bir təşəbbüs görmədiyini vurğulayıb.

Xəbər Lenti