Stiv Uitkoff Rusiyaya səfər edib

Tarix: 22 Jan 2026 23:56

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Uitkoffun təyyarəsi Vnukovo-2 hava limanına enib.

Uitkoffla bərabər təyyarədə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də olub.

ABŞ nümayəndələrinin kortejinin Moskvanın mərkəzi istiqamətində yola düşdüyü bildirilib.

Rusiya mətbuatı Uitkoff və Kuşnerin hava limanından Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə yollandığını yazıb.

Qeyd edək ki, Kreml bu gün Putinin ABŞ nümayəndə heyətini qəbul edəcəyini, görüşdə Ukrayna nizamlanmasının müzakirə olunacağını açıqlayıb.

Fərid Əkbərov

Xəbər Lenti