ABŞ Venesuela neftini Çinə satmağa hazırdır

Tarix: 23 Jan 2026 01:07

ABŞ hakimiyyəti Venesuelaya məxsus neftin Çinə tədarükünü təmin etməyə hazır olduğunu, lakin bunun “ədalətli bazar qiymətləri” ilə həyata keçirilməli olduğunu bəyan edib. APA xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ rəsmisi məlumat verib.

Mənbə iddia edib ki, Venesuela indiyədək nefti Çinə bazar dəyərindən aşağı qiymətlərlə satıb. Onun sözlərinə görə, ABŞ administrasiyası bu yanacağın Çinə “ədalətsiz, süni şəkildə aşağı salınmış qiymətlərlə deyil, ədalətli bazar qiyməti ilə” çatdırılmasını mümkün hesab edir.

Qeyd edilib ki, bu yanaşma beynəlxalq enerji bazarlarında şəffaflığın və ədalətli ticarət prinsiplərinin qorunmasına xidmət etməlidir.

Xəbər Lenti