Tramp NATO-nu sınaqdan keçirməyi təklif edib

Tarix: 23 Jan 2026 06:37

ABŞ Prezidenti Donald Trump NATO üzrə müttəfiqlərin sınaqdan keçirilməsinin mümkünlüyünü irəli sürərək, alyansı Meksika ilə sərhədin qeyri-qanuni miqrantlardan qorunmasına cəlb etməyi təklif edib.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb. Onun sözlərinə görə, NATO-nun 5-ci maddəsinin tətbiqi alyansın ABŞ-ın cənub sərhədinin “qeyri-qanuni miqrantların müdaxiləsindən” qorunmasına cəlb olunmasına və bununla da çoxlu sayda sərhəd mühafizəçisinin digər vəzifələr üçün azad edilməsinə imkan verə bilər.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi NATO-ya üzv bir və ya bir neçə ölkəyə silahlı hücum halında kollektiv cavab tədbirlərini nəzərdə tutur.

Xəbər Lenti