Tramp: Sülh Şurası Kanada Baş naziri Karniyə göndərdiyi dəvəti geri götürür

Tarix: 23 Jan 2026 06:16

ABŞ Prezidenti Donald Tramp Kanada Baş naziri Mark Karninin "Qəzza Sülh Şurası"na olan dəvətini ləğv edib. APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

"Xahiş edirəm, bu məktubu Sülh Şurasının Kanadanın indiyə qədər toplanmış ən nüfuzlu Liderlər Şurasına qoşulması ilə bağlı sizə etdiyi dəvəti geri götürməsinin bəyanı kimi qəbul edin", - Tramp qeyd edib.

Xəbər Lenti