Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 11:11
Gürcüstan Orta Dəhliz üzrə yük axınlarında böyük artımın olacağını proqnozlaşdırır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib.
Onun sözlərinə görə, ötən il konteyner daşımalarında 17%, ümumi yüklərlə bağlı isə 18% artım müşahidə edilib.
“Tonlarla ifadə etsək, artım 7% təşkil edib. Dəmir yolları ilə konteyner daşımalarında isə 33% artım qeydə alınıb. Gürcüstan dəmir yolları, həmçinin limanlar artan yüklərin qəbuluna hazır olmalıdır və bunun üçün müvafiq infrastruktur layihələrin həyata keçirilməsi tələb olunur”, - İoseliani əlavə edib.
Nazir müavini qeyd edib ki, Gürcüstan dəmir yolları Orta Dəhliz kontekstində mərkəzi rol oynayır:
“Dəmir yollarının modernləşdirilməsinə böyük diqqət ayırılır. Bununla bağlı layihə tamamlanıb və ötən ilin dekabrında istismara verilib. Gürcüstan hökuməti həmçinin 2026-2027-ci illərdə yeni lokomitvlərin alınması barədə qərar qəbul edib”.
Cəmilə Babayeva Gürcüstan Orta Dəhliz