“Hraparak”: Ermənistan hakimiyyəti II Qareginə qarşı yeni cinayət işi hazırlayır

Tarix: 23 Jan 2026 10:50

Ermənistan hakimiyyəti bütün ermənilərin katalikosu II Qareginə qarşı yeni cinayət işi hazırlayır.

APA xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsi “çirkli pulların yuyulması” maddəsi ilə ittihamı araşdırır.

Bu proses çərçivəsində “Şoqhakat” televiziya şirkətinin direktoru Manya Qazaryan dindirilib.

Qazaryan İstintaq Komitəsinə şahid kimi dəvət olunduğunu təsdiqləyib. O, cinayət işinin “Şoqhakat”la heç bir əlaqəsinin olmadığını bildirib, işi əsassız adlandırıb.

Məlumata görə, bu iş “Şoqhakat”ın direktoruna erməni kilsəsinin fondu tərəfindən ayrılan mənzillə bağlıdır. Daha sonra mənzil satılıb. İstintaq Komitəsi bu əməliyyatı bütün ermənilərin katolikosu tərəfindən həyata keçirilən çirkli pulların yuyulması kimi qiymətləndirir.

II Qaregin cinayət işi “çirkli pulların yuyulması”

Xəbər Lenti