Rusiya bu ay 3 milyard dollarlıq neft-qaz gəlirindən məhrum olacaq

Tarix: 23 Jan 2026 12:30

Rusiya aşağı qiymət səbəbindən 2026-cı ilin yanvar ayında federal büdcə neft və qaz sektorundan daxilolmalar üzrə təxminən 232 milyard rubl (3 milyard dollar) həcmində gəliri itirəcək.

APA RBK-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin proqnozunda deyilir.

Məlumata görə, yaranan gəlir itkisini kompensasiya etmək məqsədilə Maliyyə Nazirliyi Milli Rifah Fondunun vəsaitlərindən aktiv şəkildə istifadə edir. Büdcə qaydaları çərçivəsində nazirlik xarici valyuta və qızıl satışına başlayacaq.

Bildirilir ki, 16 yanvar–5 fevral tarixlərini əhatə edən dövr üçün bu satışların ümumi həcmi 192,1 milyard rubl (2,5 milyard dollar) təşkil edəcək.

İlqar Xudiyev Rusiya büdcəsi neft-qaz gəlirlərinin azalması

Xəbər Lenti