Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 12:14
Təhlükəsizlik zəmanəti müqaviləsi imzalanmağa hazırdır.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
“Trampdan tarix və məkanı gözləyirəm”, - Zelenski deyib.
Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazır olduğunu bəyan edən Zelenskinin sözlərinə görə, müqavilə texniki detallara baxmayaraq, imzalanmağa hazırdır.
O, həmçinin, ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Hava Hücumundan Müdafiə məsələsini qaldırıb və ABŞ-dan müsbət nəticələr gözləyir.
Zelenski Tramp təhlükəsizlik zəmanəti