Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 12:01
Sülh sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə ehtiyac qalmayacaq.
APA “News-Armenia”ya istinadən xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter bildirib.
Bununla belə, o qeyd edib ki, missiyanın 2023-cü ildən bəri həyata keçirdiyi fəaliyyətlər gələcəkdə də müəyyən formada davam etdiriləcək.
Ritterin sözlərinə görə, sərhəddə patrul xidməti və hesabatların təqdim olunması ilə paralel olaraq, sərhədyanı icmaların, o cümlədən münaqişədən zərər çəkmiş yaşayış məntəqələrinin ziyarəti də həyata keçiriləcək.
Müşahidə missiyasının rəhbəri vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqton razılaşmalarının imzalanmasından sonra sərhəddə heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır.
İlqar Xudiyev Aİ-nin mülki müşahidə missiyası Ermənistan Sülh sazişi Azərbaycan