Gürcüstanda Aİ və NATO-ya üzvlüklə bağlı plebisitin keçirilməsi təklif olunur

Tarix: 23 Jan 2026 15:13

Gürcüstanda ölkənin Avropa İttifaqı və NATO-ya üzv olması ilə bağlı plebisitin (rəy sorğusu) keçirilməsi təklif olunur.

APA-nın yerli bürosu xəbər verir ki, bu təşəbbüslə “Gürcü yığıncağı” siyasi birliyi çıxış edib.

Təşkilatın üzvləri təşəbbüsü Gürcüstanın hökumət administrasiyasına təqdim ediblər.

“Gürcü yığıncağı”nın lideri Condi Baqaturiya bildirib ki, Aİ və NATO-ya qoşulmaqla bağlı qərarı gürcü xalqı qəbul etməlidir.

“Ukraynanın NATO-ya daxil olmaq səylərinin hansı nəticələrə gətirib çıxardığını gördük. Avropa İttifaqı və NATO-nun Gürcüstanın loyallığı və son 35 ildə verdiyi qurbanlara görə “minnətdarlığını” da müşahidə etdik. Buna uyğun olaraq, Avropa İttifaqı və NATO-ya qoşulmaq istəyib-istəmədiyinə gürcü xalqı qərar verməlidir”, - o əlavə edib.

Cəmilə Babayeva Gürcüstan Aİ NATO

Xəbər Lenti