Ermənistan parlamentinin sədri gələn ay Rusiyaya səfər edəcək

Tarix: 23 Jan 2026 16:24

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı erməni spikerin Rusiya Federasiyasına fevralın 5-6-na planlaşdırılan rəsmi səfərinin təfərrüatları müzakirə edilib.

Eyni zamanda, Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə aid digər məsələlərə də toxunulub.

Rusiya Federasiya Şurası Valentina Matviyenko Ermənistan parlamenti Alen Simonyan

Xəbər Lenti