Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 17:29
Yanvarın 20-də Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş kütləvi və kombinə edilmiş hücum Rusiyaya 131 milyon dollardan çox vəsaitə başa gəlib.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, yanvarın 20-nə keçən gecə Ukrayna ərazisinə ümumilikdə 372 hava hücum vasitəsi ilə zərbələr endirilib. Hücumlarda “İskander” ballistik raketləri, hipersəsli “Sirkon” raketi, X-101 qanadlı raketləri, RM-48U təlim raketləri, eləcə də “Geran”, “Qarpia” və “Gerbera” tipli pilotsuz uçuş aparatlarından istifadə olunub.
Qeyd edilir ki, sözügedən məbləğ əhalisi təxminən 220 min nəfər olan Novqorod şəhərinin illik büdcəsinə bərabərdir. Eyni zamanda bu rəqəm Rusiyanın bəzi regionlarının illik büdcəsinin təxminən üçdə biri ilə müqayisə olunur.
İlqar Xudiyev Ukrayna Rusiya hava hücumu