Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 19:30
Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyaya səfər edib.
APA xəbər verir ki, bu barədə Mette Frederiksen sosial media hesabında məlumat paylaşıb.
O, səfər çərçivəsində Nuuk şəhərində Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen ilə görüş keçirəcək.
"Qrenlandiyaya qayıtdığım üçün xoşbəxtəm. Birgə diplomatik səylərin hazırlanmasında sıx əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirəm”, - Frederiksen paylaşımında qeyd edib.
Danimarka Qrenlandiya