Həyəcan siqnalı verən Rusiya təyyarəsi Çində təhlükəsiz eniş edib - YENİLƏNİB

Tarix: 23 Jan 2026 19:13

Yanvarın 23-də Pxuketdən Barnaula gedən Rusiya təyyarəsi Çinin Lançjou şəhərinə təhlükəsiz eniş edib.

APA xəbər verir ki, bu barədə “Azur Air”in Telegram kanalında bildirilib.

Yağ təzyiqi sensoru ilə bağlı problemlər, mühərrikin işləməməsi və dartma itkisi ekipajın Çində təcili eniş istəməsinə səbəb olub.

Təyyarədə 238 sərnişin olub, heç kim xəsarət almayıb.

***

12:10

Həyəcan siqnalı verən “Azur Air” aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Çinin Lançjou hava limanında təcili eniş etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, göyərtəsində 238 sərnişin olan təyyarə dörd saat əvvəl Tailanddan havaya qalxıb.

Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, ZF-2998 reysi Lançjou hava limanında planlaşdırılmamış enişə hazırlaşır.

Şirkətin müvafiq xidmətləri vəziyyəti nəzarətdə saxlayır.

İlqar Xudiyev Təyyarənin məcburi enişi Çin

Xəbər Lenti