ABŞ, Rusiya və Ukrayna müzakirələri 24 yanvarda davam etdirmək barədə razılığa gəlib - YENİLƏNİB 2

Tarix: 23 Jan 2026 23:23

Hazırda Əbu-Dabidə keçirilən Ukrayna ilə bağlı görüşdə tərəflər danışıqları 24 yanvarda davam etdirmək barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

"Biz davam etməyə razıyıq, heç kim qapını çırpmır", - mənbə bildirib.

***

19:42

ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.

APA xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

14:47

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb.

APA xəbər verir ki, bu barədə “Sky News” telekanalının müxbiri Salli Lokvud məlumat verib.

Bu, müharibə başlayandan bəri Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.

Əbu-Dabi Ukrayna ABŞ Rusiya üçtərəfli danışıqlar

Xəbər Lenti