Rəfah sərhəd-keçid məntəqəsi gələn həftə ikitərəfli açıla bilər

Tarix: 23 Jan 2026 22:52

İsrailin blokadası altında olan Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah sərhəd-keçid məntəqəsi gələn həftə açıla bilər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.

Nazir bildirib ki, Qəzzaya humanitar yardımların göndərilməsi üçün danışıqlar intensiv şəkildə aparılır və yaxın günlərdə Rəfah sərhəd-keçid məntəqəsinin açılması gündəmdədir.

“Rəfah sərhəd-keçid məntəqəsinin açılması mühüm bir ehtimaldır. Bu baş versə, fələstinlilərə çatdırılacaq yardımların vaxtında və kifayət qədər göndərilməsi baxımından bizim üçün son dərəcə əhəmiyyətli bir marşrut və yol olacaq. Bəs Rəfah açıldıqdan sonra yardımın təşkili də davam edəcəkmi? Biz artıq davamlı şəkildə yardım göndəririk və bu proses fasiləsiz davam edir”, - nazir deyib.

Dəryanur Cəfərova

Xəbər Lenti