Cümə, 30 Yanvar, 2026
Tarix: 22 Nov 2023 10:10
Ukrayna ordusunun Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ötən gecə ərzində İran istehsalı olan 14 “Shaheed-131/136” pilotsuz uçuş aparatı (PUA) vurub.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiya ordusu Ukraynaya “X-22” tipli qanadlı raket atıb. Raket düzənlik əraziyə düşüb və ilkin məlumata görə, xəsarət alan olmayıb.