ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib

Tarix: 24 Jan 2026 02:48

ABŞ ordusu 23 yanvar tarixində Sakit Okeanın şərqində narkotik daşıdığı iddia edilən bir gəmiyə zərbə endirib.

APA xəbər verir ki, bu barədə ABŞ ordusunun Cənub Komandanlığı “X” hesabında məlumat yayıb.

"Kəşfiyyat gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - məlumatda deyilir.

Zərbə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Xəbər Lenti