Kanadanın əyalətlərindən biri gerbdən Britaniya tacını çıxarmaq qərarına gəlib

Tarix: 24 Jan 2026 05:07

Kanadanın Kvebek əyalətinin rəsmiləri əyalətin gerbindən Britaniya tacını çıxarmaq qərarına gəliblər.

APA xəbər verir ki, bu barədə əyalətin ədliyyə naziri Saymon Jolen-Barrett bu barədə “X” hesabında məlumat verib.

"Bu gün Kvebek gerbindən tacı çıxardığımızı elan etdik. Kvebeklilərin böyük əksəriyyətinin Britaniya monarxiyasına heç bir bağlılığı yoxdur", - o yazıb.

Nazirin sözlərinə görə, gerbin yenilənmiş versiyası Kvebekin kimliyini daha yaxşı əks etdirir.

Xəbər Lenti