Ərdoğan: Suriyanın şimalında terrorun tamamilə aradan qaldırılması hədəflənir

Tarix: 24 Jan 2026 16:21

İkinci Dünya müharibəsindən sonra qurulan qlobal sistemi sarsılır, Qərb dünyasında da bu tənqidlər getdikcə daha çox qəbul olunur.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, tənqidlərə baxmayaraq, Türkiyənin siyasətinin nəticəsində bu gün Suriya azadlığına qovuşub.

“Türkiyənin Suriya siyasətinə illərlə yönələn sərt tənqidlərə baxmayaraq, bu gün Suriyada rejim devrilib, Türkiyəyə yaxın yeni bir hökumət formalaşıb, təhlükəsizlik və sabitlik güclənir. Terror təşkilatlarına qarşı mübarizə daha qətiyyətli şəkildə davam edir, xüsusilə Suriyanın şimalında terrorun tamamilə aradan qaldırılması hədəflənir. Türkiyə həm daxili, həm də xarici siyasətdə atdığı addımların nəticəsini alır və tarixin doğru tərəfində dayandığını vurğulayır”, – deyə Ərdoğan qeyd edib.

Dəryanur Cəfərova Türkiyə Rəcəb Tayyib Ərdoğan Suriya terror

Xəbər Lenti