Şənbə, 24 Yanvar, 2026
Tarix: 24 Jan 2026 16:42
Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyəti hotelə qayıdıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Beləliklə, danışıqların ikinci raundu başa çatıb. Danışıqların davam edib-etməyəcəyi ilə bağlı hələlik heç bir şərh verilməyib. Görüş tam qapalı formatda, yekunda mətbuat üçün açıqlama verilmədən keçirilib.
***
13:42
Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü start götürüb.
APA xəbər verir ki, bu barədə TASS öz mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, görüşlər müxtəlif formatlarda keçirilir.
"Associated Press" agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.
“Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, - mənbə bildirib.
Bildirilir ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.
İlqar Xudiyev Əbu-Dabi üçtərəfli görüş ABŞ Ukrayna Rusiya