ABŞ Kanadanı 100 % tariflərlə hədələyib

Tarix: 24 Jan 2026 19:14

ABŞ Prezidenti Donald Tramp Çinlə əməkdaşlığa görə Kanadanı 100 % tariflərlə hədələyib.

APA xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında paylaşım edib.

ABŞ Prezidenti, Kanadanın Baş naziri Mark Karniyə bu razılaşmanın ölkəsini təhlükəyə atacağı barədə xəbərdarlıq edib.

"Çin Kanadanı diri-diri yeyəcək, tamamilə udacaq, o cümlədən onların biznesini, sosial quruluşunu və ümumi həyat tərzini məhv edəcək", - deyə paylaşımda qeyd olunub.

Gülcahan İmanqızı Tramp Kanada Çin tarif hədə

Xəbər Lenti