, 25 Yanvar, 2026
Tarix: 24 Jan 2026 23:41
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla Arktika regionunda təhlükəsizliyin gücləndirilməsi məsələsini müzakirə edib.
APA xəbər verir ki, bu barədə Starmerin ofisi məlumat yayıb. Qeyd olunur ki, tərəflər Arktikada təhlükəsizliyin artırılmasının vacibliyini vurğulayıb və Böyük Britaniyanın Baş naziri bunun hökuməti üçün mütləq prioritet olduğunu bildirib.