KİV: Əbu-Dabidə keçirilən danışıqlarda hərbi məsələlər üzrə daha çox irəliləyiş əldə olunub

Tarix: 24 Jan 2026 23:02

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqlar zamanı hərbi məsələlər üzrə müzakirələrdə daha çox irəliləyiş əldə olunub, ərazi məsələləri üzrə isə hələlik qərar yoxdur.

APA xəbər verir ki, bu barədə danışıqların detalları ilə tanış olan mənbəyə istinadən "RBK-Ukraine" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Əbu-Dabidə keçirilən danışıqlar ümumilikdə konstruktiv mühitdə başa çatıb. O bildirib ki, bu, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən ilk real üçtərəfli görüş olub. Qeyd edilib ki, yanvarın 23-də keçirilən ilk raund daha çox giriş xarakteri daşıyıb.

Məlumata görə, bu gün nümayəndə heyətləri geniş tərkibdə bir araya gəlib, bundan sonra isə iki altqrupa bölünüblər. Altqruplardan biri siyasi, digəri isə hərbi məsələlər üzrə müzakirələr aparıb. “Əslində danışıqları iki bölmə ayrı-ayrılıqda aparırdı. Bu gün Rusiya nümayəndələri özlərini adekvat apardılar. Amma bu, onların danışıqlarda formalaşmış taktikasıdır: əvvəlcə sərt və aqressiv başlayırlar, ikinci mərhələdə isə hər şey daha konstruktiv məcraya keçir. Bu gün söhbət artıq başqa cür idi”, – deyə mənbə bildirib.

Xəbər Lenti