Makron 15 yaşa qədər uşaqlara sosial şəbəkələrin qadağasına dair qanunun qəbulunu sürətləndirəcək

Tarix: 25 Jan 2026 03:18

Fransa Prezidenti Emmanuel Makron ölkədə 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanunun qəbul prosesini sürətləndirmək niyyətindədir. APA xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə, Makron hökumətə qanunun qəbulunda sürətləndirilmiş prosedurun tətbiq olunması barədə göstəriş verib. Məlumata görə, parlament qanun layihəsinə yanvarın 26-dan baxmağa başlayacaq.

Qeyd olunur ki, sözügedən qanun eyni zamanda yeniyetmələrin məktəblərdə mobil telefonlardan istifadəsini də qadağan edəcək.

Xəbər Lenti