Sibiha: Orban Ukraynanın Aİ-yə üzvlüyünü bloklayaraq Zakarpatiya macarlarına zərər vurur

Tarix: 25 Jan 2026 04:50

Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü uzun illər ərzində əngəlləmək barədə bəyanatları yalnız Ukraynaya deyil, eyni zamanda Zakarpatiyada yaşayan etnik macarların maraqlarına da ziddir. APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiha bildirib.

Nazirin sözlərinə görə, bu cür ritorika macar xalqının tarixi travmalarının manipulyasiyası və siyasi məqsədlər üçün istifadəsi kimi qiymətləndirilməlidir. O qeyd edib ki, Orbanın və onun komandasının Ukraynada yaşayan macarların rifahı və təhlükəsizliyi ilə bağlı real marağı yoxdur.

Sibiha vurğulayıb ki, Ukraynanın Aİ-yə üzvlüyünün bloklanması faktiki olaraq Rusiyanın maraqlarına xidmət edir və Avropada müharibənin uzanmasına şərait yaradır.

Xəbər Lenti