KİV: ABŞ-ın Maduronun ələ keçirilməsi zamanı istifadə edilən xüsusi silahın adı açıqlanıb - YENİLƏNİB

Tarix: 25 Jan 2026 10:20

ABŞ Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı Discombobulator adlı silahdan (ingilis dilindən tərcümədə “Dezorientator”) istifadə edib.

APA xəbər verir ki, bu barədə The New York Post (NYP) qəzeti məlumat yayıb.

“Bu, ‘Dezorientator’dur. Mən onun haqqında danışa bilmərəm”, – deyə ABŞ lideri Donald Tramp NYP-yə müsahibəsində bildirib.

Qəzet həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Levittin səhifəsində dərc olunan, Venesuela prezidentinin mühafizə xidmətində çalışan şəxslərdən birinin sözlərini də sitat gətirib. Həmin şəxs “Dezorientator”un zərbəsini “çox güclü səs dalğası” ilə müqayisə edib.

***

24 yanvar

Satt 20:27

ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin Venesuelada həyata keçirilən əməliyyat zamanı gizli silahdan istifadə etdiyini iddia edib. APA xəbər verir ki, Ağ Ev rəhbəri bunu "New York Post" qəzetinə müsahibəsində danışıb.

Nəşrin yazdığına görə, Tramp bu silah barədə danışmağa icazəsi olmadığını bildirib. ABŞ prezidentinin sözlərinə görə, Venesuelada mövcud olan raketlərin havaya qaldırılması mümkün olmayıb. “Onların Rusiya və Çin istehsalı raketləri var idi, lakin onlar havaya qalxmadı. Biz daxil olduq, onlar düymələri basdılar, amma heç nə işə düşmədi”, – deyə Tramp vurğulayıb.

ABŞ Venesuela Nikolas Maduro Donald Tramp The New York Post NYP Discombobulator Dezorientator Karakas hərbi hücum fövqəladə vəziyyət Bruklin federal məhkəmə narkotik ticarəti

Xəbər Lenti