, 25 Yanvar, 2026
Tarix: 25 Jan 2026 14:54
ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə baş tutan telefon danışığı zamanı Qrenlandiyanın ərazi mənsubiyyəti məsələsinə görə, Danimarkanın baş naziri Mette Frederiksenə 45 dəqiqə ərzində irad bildirib.
APA xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Qəzetə verdiyi müsahibədə Frederiksen Tramp ilə dialoqunun detalları barədə danışmaqdan imtina edib və “iki həmkar arasında telefon danışığı iki onların arasında qalmalıdır” deyib.
Frederiksen ilə Trampın telefon danışığı 2025-ci il yanvarın 15-də baş tutub. Danışıqdan sonra o, Danimarkanın TV2 telekanalına müsahibəsində bildirib: “Ümid edirəm ki, hamı, o cümlədən amerikalılar, Qrenlandiyalıların da bütün xalqlar və millətlər kimi öz gələcəklərini özlərinin müəyyən edib qərar verməsinə hörmətlə yanaşacaqlar.”
ABŞ Prezidenti 2026-cı il yanvarın 21-də NATO-nun baş katibi Mark Rütte ilə danışıqlardan sonra Qrenlandiya ilə bağlı mümkün razılaşmanın konturlarının formalaşdığını bildirib. Axios portalının yazdığına görə, Rüttenin Trampa təqdim etdiyi razılaşma layihəsi Danimarkanın Qrenlandiya üzərində suverenliyinin saxlanılmasını və 1951-ci ildə imzalanmış adanın müdafiəsinə dair sazişin şərtlərinin yenilənməsini nəzərdə tutur. Bu, NATO zəruri hesab edərsə, ABŞ-a orada hərbi bazalar və “müdafiə zonaları” yaratmağa imkan verə bilər.
Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.
ABŞ Donald Tramp Danimarka Mette Frederiksen Qrenlandiya NATO Mark Rütte Axios Kopenhagen Vaşinqton suverenlik müdafiə sazişi 1951 müqaviləsi