Rusiya ordusu Ukraynanın Nikolayev vilayətindəki enerji obyektinə hücum edib, yaralı var

Tarix: 25 Jan 2026 18:14

Bu gün, yanvarın 25-də Rusiya ordusu Nikolayev vilayətinə zərbə endirib. Hücum nəticəsində enerji obyekti ciddi şəkildə zədələnib, elektrik montyoru yaralanıb.

APA xəbər verir ki, bu barədə “Nikolayevoblenerqo” Telegram kanalında məlumat yayıb.

Bu gün səhər hava həyəcanı zamanı monitorinq kanalları Nikolayev vilayətinin Oçakov istiqamətinə doğru yüksək sürətli hədəfin hərəkət etdiyini xəbər verib.

Daha sonra məlum olub ki, işğalçılar digər hədəflərlə yanaşı, enerji obyektinə də hücum ediblər və həmin ərazidə oblenerqonun əməkdaşı yaralanıb.

“Bu gün düşmənin atəşi nəticəsində həmkarımız, “Nikolayevoblenerqo” ASC-nin elektrik montyoru zərər çəkib. Vladimirin ətraf əzalarında qəlpə yaraları var. O, operativ şəkildə tibb müəssisəsinə çatdırılıb və hazırda ona bütün zəruri yardım göstərilir. Cəmiyyət reabilitasiya prosesini nəzarətdə saxlayacaq”, – deyə məlumatda bildirilir.

Şirkətin açıqlamasına görə, partlayışlar nəticəsində oblenerqonun enerji avadanlıqları da ciddi şəkildə zədələnib.

“Energetiklərin bu gün gördüyü iş təkcə naqillər və ya yarımstansiyalar deyil. Bu, daim xəsarət alma riski, atəş təhlükəsi altında çağırışlara çıxmaq və evlərdə işığın yanması üçün adi insanların daşıdığı məsuliyyətdir”, – deyə şirkət vurğulayıb.

Nikolayev Ukrayna Rusiya hücum enerji obyekti Nikolayevoblenerqo Oçakov yaralı elektrik montyoru enerji infrastrukturu hava həyəcanı partlayışlar müharibə xəbərləri

Xəbər Lenti