, 25 Yanvar, 2026
Tarix: 25 Jan 2026 17:47
Qəzza şəhərində küçə satıcısı olan bir kişi müharibədən sonra yenidən ayağa qalxmağa çalışdığı vaxt HAMAS ondan aylıq 470 funt sterlinqdən çox vergi tələb edib.
APA xəbər verir ki, bu barədə The Telegraph-a anonim şəkildə danışan satıcı bildirib ki, HAMAS ona yeni rüsum tətbiq etdikdən sonra vəziyyət daha da ağırlaşıb: “Biz müharibədən sağ çıxdıq, amma indi elə bil istəyirlər ki, stressdən ölək. İki ildir köçkün düşmüşük. İtirməyə başqa heç nəyimiz qalmayıb.”
Yanvar ayında elan edilən bazar ticarətçilərinə tətbiq olunan bu vergi, silahlı qruplaşmanın kassasını sürətlə doldurmaq üçün həyata keçirdiyi yeni rüsumlar və açıq şəkildə hədə-qorxu ilə pul toplama tədbirlərinin bir hissəsi kimi qiymətləndirilir.
Adi Qəzza sakinlərinin dediyinə görə, atəşkəs razılaşmasından sonra yenidən daxil olmağa başlayan idxal məhsullarına ikiqat vergi qoyulması, pul dəyişmə və tütün ticarətindən böyük pay götürülməsi də tətbiq olunan tədbirlər sırasındadır.
Qəzza HAMAS vergi küçə satıcıları bazar ticarəti maliyyələşdirmə atəşkəs idxal məhsulları pul dəyişmə tütün ticarəti Yaxın Şərq humanitar vəziyyət