, 25 Yanvar, 2026
Tarix: 25 Jan 2026 20:34
Fransanın “EOS Technologie” şirkəti 500 kilometrə qədər mənzilli zərbələr endirmək üçün Ukraynaya bir neçə pilotsuz uçuş aparatı (PUA) göndərib.
APA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat verib.
Məlumata görə “Rodeur” modeli PUA 4 kq-a qədər faydalı yük daşıya və 100 km/saat sürətlə 5 saat uça bilir.
O, katapultla buraxılır və iki operator tərəfindən yığılması üç dəqiqə çəkir.
Model kəşfiyyat missiyaları yerinə yetirə və ya kamikaze dron kimi istifadə edilə bilər.