ABŞ və İsrail Trampın Qəzza planını müzakirə edib

Tarix: 25 Jan 2026 21:09

ABŞ rəsmiləri prezident Donald Trampın Qəzza planının 2-ci mərhələsinin həyata keçirilməsini İsrailin baş naziri Benyamin Netanyahu ilə müzakirə edərək növbəti addımlar barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.

O qeyd edib ki, 24 yanvarda keçirilən məsləhətləşmələrdə ABŞ prezidentinin kürəkəni, Cared Kuşner, Ağ Evin baş müşaviri Coş Qruenbaum və sahibkar Arye Laytstoun iştirak edib.

Uitkoff onu da qeyd edib ki, müzakirə ABŞ və İsrailin sıx əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Trampın 20 maddəlik Qəzza planının 2-ci mərhələsinin həyata keçirilməsi, eləcə də daha geniş regional məsələlərə yönəlib.

Xəbər Lenti