Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 25 Jan 2026 22:46
Çin Mərkəzi Hərbi Komissiyasında Si Cinpinin müavini dövlətə xəyanətdə ittiham olunub.
APA xəbər verir ki, general Çjan Yusya Çinin nüvə proqramı haqqında məlumatı ABŞ-a ötürməkdə şübhəli bilinir.
“The Wall Street Journal”-ın (WSJ) məlumatına görə, həbsindən əvvəl o, Si Cinpinin sağ əli hesab olunurdu.
Qeyd edək ki, Çin Kommunist Partiyası ölkənin yüksək rütbəli hərbi rəsmiləri barəsində ciddi intizam və qanun pozuntuları şübhəsi ilə istintaq başlanmasına qərar verib.