HAMAS son girovun dəfn olunduğu yeri İsrail tərəfinə bildirib

Tarix: 25 Jan 2026 22:04

HAMAS hərəkatı Qəzza zolağında son israilli girovun qalıqlarının dəfn olunduğu yerlə bağlı bütün məlumatları vasitəçilərə təqdim edib.

APA xəbər verir ki, hərəkat Ran Qvilinin cəsədinin artıq İsrail hərbçiləri tərəfindən axtardığını açıqlayıb.

"Biz vasitəçilərə İsrail hərbçisi Ran Qvilinin qalıqlarının yeri ilə bağlı bütün mövcud məlumatları təqdim etdik. İsrail hazırda göstərdiyimiz ərazidə cəsədlə bağlı axtarış aparır", - hərəkatın “Telegram” kanalında yazılıb.

Qeyd edək ki, Qvili 7 oktyabr 2023-cü ildə HAMAS-ın İsrailə hücumu zamanı həlak olub.

Xəbər Lenti