Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 25 Jan 2026 23:40
İsrail ordusu HAMAS-ın əlində olan son girov Ran Qvilinin qalıqlarını axtarmaq üçün Qəzza zolağının şimalında genişmiqyaslı əməliyyat keçirir.
APA xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.
"Ordu girov Ran Qvilinin qalıqlarını axtarmaq üçün genişmiqyaslı əməliyyat keçirir. Əməliyyat Qəzza zolağının şimalındakı qəbiristanlıqda aparılır. Bütün mövcud kəşfiyyat məlumatlarından istifadə edilir", - məlumatda deyilir.