Sloveniya təlim üçün Qrenlandiyaya iki zabit göndərib

Tarix: 26 Jan 2026 00:44

Sloveniya Silahlı Qüvvələrindən iki zabit "Arktika Dözümlülüyü" təlimi üçün Qrenlandiyaya göndərilib.

APA xəbər verir ki, bu barədə müdafiə naziri Borut Sajoviç məlumat verib.

"Komandadan bir zabit və xüsusi əməliyyat bölməsindən bir kiçik zabit ilkin mərhələdə bir neçə gün Qrenlandiyada qalacaq və əlavə qərarlar ehtiyaclardan asılı olaraq veriləcək", - məlumatda deyilir.

Məlumata görə bütün NATO üzvləri ittifaq ərazisində Danimarkanın rəhbərlik etdiyi hərbi təlimə dəvət olunublar.

Xəbər Lenti