Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 04:15
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri arasında atəşkəs müddətinin uzadılmasından sonra Suriya ordusu Raqqa, Haseke və Hələb xətti boyunca iki humanitar yardım dəhlizi açıb.
APA xəbər verir ki, bu dəhlizlər mülki əhalinin təhlükəsiz keçidini və yardımın çatdırılmasını asanlaşdırmaq üçün yaradılıb.
Bu çərçivədə, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Türk Qızıl Ayparasının dəstəyi ilə hazırlanmış 5-i 50 ton un, 1-i yorğan və 5-i uşaq bezi və qida ilə yüklənmiş ümumilikdə 11 yük avtomobili Suriya hökuməti və Hələb Yardım Koordinasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində bölgəyə göndərilib.
Qeyd edək ki, Suriyanın Müdafiə Nazirliyi atəşkəsin 24 yanvar 2026-cı il, saat 23:00-dan etibarən 15 gün müddətinə uzadıldığını açıqlayıb.