Filippində bərənin batması nəticəsində 15 nəfər ölüb

Tarix: 26 Jan 2026 08:32

Filippinin Mindanao bölgəsində yerləşən Zamboagna limanından yola düşən bərə Pilas adası yaxınlığında batıb.

APA xəbər verir ki, Filippin Sahil Mühafizə xidməti 332 sərnişin və 27 heyət üzvü olmaqla, ümumilikdə göyərtəsində 359 nəfərin olduğu bərənin batması nəticəsində 15 nəfərin öldüyünü açıqlayıb.

Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi və indiyə qədər 316 nəfərin sudan çıxarıldığı, 43 nəfərin isə hələ də itkin olduğu qeyd olunub.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur və faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti