Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 12:20
Bizim məlumatımıza əsasən, ABŞ-ın vitse-prezidenti Devid Vensin səfəri Zəngəzur dəhlizi ilə bağlıdır və ona görə də amerikalı siyasətçinin Azərbaycan və Ermənistana səfər etməsi təbiidir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ABŞ rəsmisinin regional səfər proqramına daxil edilməməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Devid Vensin Gürcüstana səfər etməməsi ilə bağlı qərar ABŞ-ın öz qərarıdır.
“Gürcüstan-ABŞ münasibətlərinin hansı vəziyyətdə olduğu məlumdur. Bayden administrasiyasının yaratdığı bu durum çox mürəkkəbdir. Biz strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığımızı bəyan etmişik və təmkinlə ABŞ administrasiyasının qərarını gözləyirik”, - Kobaxidze əlavə edib.
Qeyd edək ki, Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana səfəri planlaşdırılıb.
Cəmilə Babayeva Gürcüstan ABŞ Zəngəzur ABŞ Ermənistan