Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 12:08
Ukrayna nizamlanması ilə bağlı Əbu-Dabidə danışıqlar gələn həftəyə planlaşdırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Kremlin Ukrayna danışıqları gündəliyinin ayrı-ayrı müddəalarını açıq şəkildə müzakirə etməyəcəyini söyləyib.
Peskov vurğulayıb ki, Kreml konstruktiv danışıqların başlandığı faktını alqışlayır.
Kremlin rəsmi nümayəndəsi Prezident Vladimir Putinin Rusiya danışıqçılarından müntəzəm olaraq birbaşa hesabatlar aldığını da əlavə edib.
Qeyd edib ki, Ankoric formulunun bəzi hissələri Rusiya üçün prinsipial əhəmiyyət kəsb edir.
Fərid Əkbərov Ukrayna nizamlanması Əbu-Dabidə danışıqlar