Peskov: ABŞ-ın İrana mümkün zərbəsi regionda ciddi qeyri-sabitliyə yol aça bilər

Tarix: 26 Jan 2026 12:04

İrana mümkün zərbə regionda ciddi qeyri-sabitlik demək olardı.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana mümkün hərbi hücumu regionda qeyri-sabitliyə doğru daha bir addım olacaq.

Kremlin sözçüsü Moskvanın İran məsələsində bütün maraqlı tərəfləri təmkinli olmağa çağırdığını söyləyib.

Fərid Əkbərov Peskov ABŞ İrana

Xəbər Lenti