Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib

Tarix: 26 Jan 2026 20:34

Kamçatka sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının “Telegram” kanalında məlumat verilib.

Yayılan məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 364 km aralıda, 23,3 km dərinlikdə yerləşib. Yeraltı təkanların hiss olunması barədə məlumat verilməyib.

Xəbər Lenti